Gəncə hadisələrinə görə həbs olunmuş Eşqin Quliyev vəfat etdi - RƏSMİ AÇIQLAMA- YENİLƏNDİ
    • 30-09-2019, 12:11
    • 1 442

Gəncə hadisələrinə görə həbs olunmuş Eşqin Quliyev vəfat etdi - RƏSMİ AÇIQLAMA- YENİLƏNDİ

Penitensiar Xidmət Gəncə hadisələrinə görə tutulan şəxsin həbsdə ölməsi faktı ilə bağlı növbəti açıqlama yayıb.
Xidmətdən  verilən məlumatda bildirilir ki, 25.07.2018-ci il tarixdə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.7, 120.2.10, 120.2.11, 29, 120.2.1, 29, 120.2..3, 29, 120.2.7, 29, 120.2.10, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 220.1, 228.1, 228.3, 228.4, 234.1, 277, 278.2, 281.2, 315.2-ci  maddələri ilə təqsirləndirilən şəxs qismində barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Quliyev Eşqin Zahid oğlu 09.08.2018-ci il tarixdə Penitensiar xidmətin Bakı İstintaq təcridxanasına daxil olub. Tibbi müayinədən keçirilmiş E.Quliyev “İnsanın İmmun Çatışmazlığı infeksiyası (SPİD) 4-cü klinik mərhələ. Viruslu hepatit C, anemiya.  Diareya” diaqnozu ilə ixtisaslı müayinə və müalicə məqsədilə Penitensiar xidmətin Müalicə Müəssisəsinə keçirilib. Müalicəsi yoluxucu xəstəliklər şöbəsində aparılıb.

E.Quliyev 27.09.2019-cu il tarixdə “İnsanın İmmun Çatışmazlığı infeksiyası (SPİD) 4-cü klinik mərhələ. Baş-beyin ödemi. Dərin koma” diaqnozu ilə intensiv terapiya şöbəsinə köçürülüb.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, 29.09.2019-cu il tarixdə saat 15:20 radələrində E.Quliyev müalicə aldığı şöbədə “İnsanın İmmun Çatışmazlığı infeksiyası (SPİD) 4-cü klinik mərhələ. Viruslu hepatit C, anemiya. Diareya. Baş-beyin ödemi. Dərin koma fonunda ağciyər-ürək çatışmazlığı” diaqnozu ilə vəfat edib.


*** 10.34.
Penitensiar Xidmət məhkum Eşqin Quliyevin ölməsi faktını təsdiqləyib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovun veridiyi məlumata görə, Quliyev Eşqin Zahid oğlu Penitensiar Xidmətin tabeliyində olan müəssisəyə daxil olduğu gündən onda bir sıra infeksion viruslu xəstəliklər müəyyən edilib: “O, müəssisədə intensiv müalicə kursu keçib. Bütün müalicə tədbirlərinə baxmayaraq, Eşqin Quliyev Penitensiar Xidmətin Müalicə Müəssisəsində İİV infeksiyası 4 mərhələ, Viruslu Hepatit C, Anemiya, Baş-beyin ödemi, Dərin koma fonunda ağciyər-ürək çatışmazlığı diaqnozları ilə vəfat edib”.

Mehman Sadıqov qeyd edib ki, hazırda prokurorluq tərəfindən məhkumun meyiti ekspertizadan keçirilir: “Hazırda E.Qulieyin meyiti prokurorluq tərəfindən məhkəmə tibbi ekspertizadan keçirilir, daha sonra məhkumun meyiti yaxınlarına təhvil veriləcək”.

Qeyd edək ki, E.Quliyev “Gəncə hadisələri” zamanı həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il azadlıqdan məhrum edilib.

/apa.az/