-
- 30-09-2019, 11:39
- 861
Moskvada Azərbaycan SÜFRƏSİ AÇILDI- FOTO
Azərbaycan mətbəxi Rusiyada təbliğ olunub.
Dövlət Turizm Agentliyindən News24.az-a verilən məlumata görə, Azərbaycan mətbəxi 24 -27 sentyabrda Moskva şəhərində keçirilmiş "World Food Moscow 2019" beynəlxalq qida sərgisində təmsil olunub. İqtisadiyyat Nazirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə ölkəmiz bu dəfə də sərginin tərəfdaş ölkəsi qismində "Made in Azerbaijan" vahid milli stendi ilə iştirak edib.
Stenddə ziyarətçilərə ölkəmizin turizm potensialı və yeni turizm startegiyası ilə bağlı informasiyalar verilib. Ziyarətçilər 40-dan çox Azərbaycan şirkəti ilə tanış olmaq imkanı əldə ediblər. Həmçinin, milli stenddə sərgilənən yerli kənd təsərrüfatı və qida məhsulları ilə tanış olan ziyarətçilərə Azərbaycanın milli mətbəx nümunələrindən ibarət süfrə açılıb. Azərbaycan mətbəxinin 21-ci əsrdə dərin etnoqrafik köklərə bağlı qalaraq təkmilləşdirilməsindən, istifadə edilən məhsulların biomüxtəlifliyindən, mətbəx nümunələrinin özlərinin və hazırlanma vasitələrinin YUNESKO-nun Qeyri-maddi Mədəni İrs Siyahısında olmasından bəhs edilib. 4 gün ərzində sərgi ziyarətçilərinə təqdim olunan katoloq və bannerlərdə Azərbaycan barədə məlumatlar yerləşdirilib və sərginin keçirildiyi zallarda “Azerbaijan: Take Another Look” (Azərbaycan: Bir daha bax) turizm brendinin reklam çarxları nümayiş olunub.
Nəzrin Həsənova