Sabahdan Azərbaycanda əhalinin 3-cü dəfə siyahıyaalınmasına BAŞLANACAQ
    • 30-09-2019, 11:48
    • 589

Sabahdan Azərbaycanda əhalinin 3-cü dəfə siyahıyaalınmasına BAŞLANACAQ

Sabahdan Azərbaycanda əhalinin 3-cü dəfə siyahıyaalınması başlayacaq.

News24.az-ın məlumatına görə, siyahıyaalınma oktytabrın 1-dən 10-dək davam edəcək. Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə həvalə edilib.  Ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsinə bölünüb. Siyahıyaalma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə alt suallar da daxil olmaqla, 46 sual nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanda əhalinin siyahıyaalınması 10 ildən bir keçirilir. Sonuncu dəfə 2009-cu ildə əhali siyahıya alınıb.

Nəzrin Həsənova