-
- 30-09-2019, 12:43
- 905
Azərbaycanda ilk dəfə “Onkologiya terminləri lüğəti” NƏŞR OLUNDU
Azərbaycanda ilk dəfə “Onkologiya terminləri lüğəti” nəşr olunub. “Elm” nəşriyyatında çapdan çıxan “Onkologiya terminləri lüğəti” Azərbaycan tibb elminə qiymətli töhfədir.
News24.az xəbər verir ki, Akademik Əhliman Əmiraslanovun və Şirvan Abdullayevin birgə tərtib etdikləri bu elmi mənbə müasir onkologiyaya dair terminləri 5 dildə – Azərbaycan, rus, latın, ingilis və fransız dillərində mütəxəssislərə təqdim edir.
Azərbaycanda ilk olan bu irihəcmli lüğət Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə nəşr olunub, kitabın elmi redaktoru akademik Cəmil Əliyevdir.
“Onkologiya terminləri lüğəti”nin tərtibatında akademik Ə.Əmiraslanovun rəhbərliyi altında ATU-nun Onkoloji klinikasında aparılan elmi-tədqiqat işləri, eləcə də onkologiyanın tədrisi sahəsində toplanan böyük elmi-pedaqoji təcrübə həlledici rol oynayıb. Kitabın I fəsli rusca-latınca-azərbaycanca, II fəsli rusca-ingiliscə-azərbaycanca, III fəsli rusca-fransızca-azərbaycanca terminləri əhatə edir. Kitaba daxil edilmiş 4 “Əlavə” bölmədə verilən məlumatlar – “Onkologiyada işlənilən şərti ixtisarlar” Azərbaycan və rus dillərində, “Kommentarilər”, “Müəllif adları ilə bağlı termin və sözlər (eponimlər)” nəzəri və praktik onkologiya ilə məşğul olan mütəxəssislər üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, lüğət müəlliflərinin nömrələdiyi şərti ixtisarlar (qısaldılmış sözlər) istənilən termini və sözü asanlıqla Azərbaycan dilindən rus dilinə və ya əksinə çevirməyə imkan yaradır.
Ana dilimizdə ilk dəfə hazırlanan 528 səhifəlik “Onkologiya terminləri lüğəti”ndə nəzəri və klinik onkoloji terminlərlə yanaşı onkoloji xidmətin təşkilinə dair sözlər də yer almışdır. Lüğətin tərtibində ən müasir ədəbiyyatlardan istifadə edən müəlliflər kitaba müasir terminlərlə yanaşı köhnəlmiş, lakin tarixi əhəmiyyət kəsb edən ifadələri də daxil etmişlər. Məqsəd tələbələri və gənc həkimləri hazırda işlənməsi məsləhət görülməyən həmin terminlərdən xəbərdar etməkdir.
Kitabda həmçinin ingilis və fransız dillərini öyrənən sahə mütəxəssisləri üçün yığcam lüğətlər verilib, həmçinin şifahi nitq vərdişlərini inkişaf etdirmək üçün həmin dillərdə onkologiyaya dair monoloji nitq modelləri daxil edilibdir. Tibbdə rast gəlinən mübahisəli terminlərdən yan keçmək üçün müəlliflər Ümumdünya Səhiyyə Təşkilatının “Xəstəliklərin Beynəlxalq Statistik Təsnifatı”na (10-cu baxış) istinad ediblər.
Çox dəyərli elmi mənbə olan bu lüğətdə rus dilindəki terminlərin azərbaycanca qarşılığı ilə yanaşı, latınca tərcüməsi, sinonimləri, qısa izahı, zərurət yarandıqda geniş şərhi də verilib ki, bütün bunlar müəlliflər akademik Əhliman Əmiraslanovla Şirvan Abdullayevin böyük və yorulmaz əməyinin bəhrəsidir. Müasir standartlara uyğun hazırlanmış “Onkologiya terminləri lüğəti” tələbələr, həkim-onkoloqlar, həkim-rezidentlər, elmi işçilər üçün qiymətli vəsait, etibarlı elmi mənbədir.