Oktyabrın ilk günü hava dumanlı və yağışlı olacaq - SABAHIN HAVASI
    • 30-09-2019, 13:07
    • 955

Oktyabrın ilk günü hava dumanlı və yağışlı olacaq - SABAHIN HAVASI

Oktyabrın 1-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 1-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 22-25, Bakıda gecə 17-19, gündüz 22-24 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında oktybarın 1-də hava əsasən yağmursuz keçəcək, lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-19, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Oktyabrın 1-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.