Tərtər sakininin həyətində NARKOTİK AŞKARLANDI
    • 30-09-2019, 13:26
    • 637

Tərtər sakininin həyətində NARKOTİK AŞKARLANDI

Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mamırlı kəndi ərazisindəki kafedə kənd sakini Ə.Həsənovdan 11 qramdan çox, kafedən isə 48 qrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Ə.Həsənovun atasına məxsus həyətyanı sahədən 1 kiloqramdan artıq marixuana aşkarlanıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri R.Rüstəmovdan 470 qram, E. Əliməmmədovdan isə 460 qram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.