İcazəsiz ov etmək istəyənlər 1000 manat cərimələndi - FOTO
    • 1-10-2019, 09:36
    • 883

İcazəsiz ov etmək istəyənlər 1000 manat cərimələndi - FOTO

İcazəsiz ov edən şəxslər saxlanılıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən News24.az-a verilən məlumata görə, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qusar rayonu Ləyərqışlaq kəndi ərazisində icazəsiz ova cəhd edən şəxslər saxlanılıb. Onlardan 5 ov tüfəngi və 32  patron götürülüb.

Araşdırma zamanı brakonyerlərin Qusar rayon sakinləri Rəşad Əlirzayev, Marif  Fətiyev, Alim Yüzbəyov, Rasim Əlimuradov və Xaçmaz rayon sakini Xalid Binəliyev olduğu məlum olub.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və hər biri 1000 manat məbləğində cərimə edilib.