-
- 14-11-2019, 16:38
- 914
İcazəsiz ov edən şəxslər SAXLANILDI
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Astara rayonu ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb və onların ov tüfəngləri müsadirə olunub.
Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, araşdırma zamanı ov edənlərin Astara rayon sakinləri Ramin Əliyev, Xəyalət Hüseynov və Ramin Nuriyev olduğu məlum olub. Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib olunub.
Onların hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə edilib.