İcazəsiz ov edən 12 nəfər saxlanılıb
    • 28-01-2020, 12:49
    • 793

İcazəsiz ov edən 12 nəfər saxlanılıb

İcazəsiz ov edilməsi hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən növbəti reyd keçirilib.

ETSN-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, reyd zamanı Neftçala, Biləsuvar və Samux rayonları ərazisində yerləşən ovçuluq təsərrüfatlarında icazəsiz ov edən 12 şəxs saxlanılıb.

Onlardan 12 ov tüfəngi, adı “Qırmızı kitab”a düşmüş 2 Turac quşu və 2 ördək götürülüb.

Araşdırma zamanı brakonyerlərin Neftçala rayon sakinləri Daşqın İmanov, Bəxtiyar Əhmədov, Seymur Cəfərov, Əli Zeynalov, Elşən İbadov, Abdulla Orucov, Bakı şəhər sakini Xəyal Soltanov, Salyan rayon sakini Şahlar Quliyev, Biləsuvar rayon sakinləri Məlikəjdər Məmmədov, Rafiq Qənbərov, Namiq Qənbərov və Tovuz şəhər sakini Fəxri Bağırov olduqları məlum olub.

Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib olunub və onlar 12671 manat məbləğində cərimə edilib.