İcazəsiz ov edən 7 nəfər min manat CƏRİMƏLƏNDİ
    • 13-02-2020, 13:21
    • 786

İcazəsiz ov edən 7 nəfər min manat CƏRİMƏLƏNDİ

Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Xızı, Qusar və Xaçmaz rayonları ərazisində  icazəsiz ov edən şəxslər saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, araşdırma zamanı ov edənlərin Sumqayıt şəhər sakinləri  Şahin Qədimov, Rüstəm Məmmədəliyev, Bakı şəhər sakini Teymur Əliyev, Xaçmaz rayon sakinləri Cavid Babaəliyev, Azər Quliyev, Murad Səfərov və Qusar rayon sakini Sədi Orduxanov olduğu müəyyən edilib.

Faktlarla bağlı təqsirkarlar barəsində protokol tərtib olunub və hər biri 1000 manat məbləğində cərimələnib.