-
- 1-10-2019, 11:08
- 1 457
"Görəsən, məni niyə öldürmək istəyirlər?" - MARAL TAHİRQIZI
Bu gün müğənni Maral Tahirqızının ölüm xəbəri yayılıb.
İfaçının səhər saatlarında avtomobil qəzasında dünyasını dəyişdiyi bildirilib. Yayılan xəbərlə bağlı News24.az-a danışan M.Tahirqızı bunları deyib: "Məlumatın yayılmasından xəbərsizəm. Mənim yaxınlarım belə xəbəri təsdiq edə bilməz. Görəsən, məni niyə öldürmək istəyirlər?! Mobil operatorda problem olduğu üçün telefonuma zəng çatmır. Görünür, ona görə də ,belə xəbərlər yayılıb. Olmazdımı bunu yazanlar məlumatı dəqiqləşdirərdilər? Niyə haqqımda pis xəbər yazırlar?! Niyə deyirlər ki, Maral ölüb?!
Müğənni onu da qeyd edib ki, avtomobil qəzası keçirib. Amma bu, lap çoxdan olub: "1 il qabaq doğrudan da çox ağır qəza keçirmişəm. Həqiqətən də, oradan sağ çıxmaq mümkün olmazdı. Amma, mənə heç bir şey olmadı. O vaxtdan da avtomobilimi satmışam. Hazırda maşımın yoxdur".