Goranboyda silah-sursat TAPILDI
    • 1-10-2019, 12:18
    • 1 205

Goranboyda silah-sursat TAPILDI

Goranboy rayonunda silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Erkəc kəndi ərazisində 1 ədəd “TOZ-16” və 1 ədəd “İJ” markalı ov tüfəngləri, 1 ədəd “F-1” və 1 ədəd “RQD-5” qumbaraları, 1 ədəd tank əleyhinə qumbara, 8 ədəd patron darağı, 2145 ədəd müxtəlif çaplı patron,1 ədəd alıçdırıcı və 1 ədəd pulemyot lenti tapılıb.