Azərbaycan HDQ-nin nümayəndə heyəti İranda səfərdədir
    • 1-10-2019, 18:06
    • 721

Azərbaycan HDQ-nin nümayəndə heyəti İranda səfərdədir

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfər edib.

News24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfərin məqsədi hər iki ölkənin hərbi dəniz qüvvələri arasında əlaqələrin daha da möhkəmləndirilməsidir.