Türkiyə HDQ-nin nümayəndə heyəti Bakıda səfərdədir - FOTO
    • 21-11-2019, 16:02
    • 653

Türkiyə HDQ-nin nümayəndə heyəti Bakıda səfərdədir - FOTO

Bakıda səfərdə olan Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargahını ziyarət edib.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, nümayəndə heyətlərinin görüşündə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.