Pakistanın Hərbi Dəniz Akademiyasının zabitləri Azərbaycanda səfərdədir - FOTO
    • 5-04-2019, 13:21
    • 847

Pakistanın Hərbi Dəniz Akademiyasının zabitləri Azərbaycanda səfərdədir - FOTO

Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin Hərbi Akademiyasının qərargah kursunda təhsil alan Pakistan,  Banqladeş, Səudiyyə Ərəbistanı və Malayziya HDQ-nin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, tanışlıq səfəri çərçivəsində kontr-admiral Muştaq Ahmedin başçılıq etdiyi heyət Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazası və Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib, eləcə də aidiyyəti dövlət qurumları və təhsil müəssisələrində görüşlər keçiriblər.