-
- 1-10-2019, 18:12
- 889
Azərbaycanlı deputatın kitabı Özbəkistanda TƏQDİM OLUNDU
Özbəkistan Yazıçılar İttifaqında millət vəkili Q.Paşayeva ilə görüş və onun Özbəkistanda çap olunan kitablarının təqdimatı olub.
News24.az-ın xəbərinə görə, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan Yazıçılar İttifaqı və “Kitob dunyasi” qəzetinin birgə layihəsi ilə millət vəkili Qənirə Paşayevanın Daşkənddə özbək dilində çap olunan “Aç eşiyi” adlı kitabının təqdimatını keçirib.
Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, tanınmış şair və yazıçılar, paytaxtda yaşayan diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
İlk öncə Azərbaycan nümayəndə heyətini Özbəkistan Yazıçılar İttifaqının sədri, xalq yazıçısı Siracəddin Səid qəbul edərək, qonaqları salamlayıb. Qədim dövrlərdən ikitərəfli əməkdaşlıq, Özbəkistan və Azərbaycan yazıçı və şairlərinin dostluğu haqqında danışıb, ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. Millət vəkili Qənirə Paşayeva Özbəkistanla münasibətlərin inkişafının daim diqqət mərkəzində olduğunu, dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində ölkələrimiz arasında sıx əməkdaşlıq və qardaşlıq mühiti olduğunu qeyd edib. Millət vəkili Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin apardığı işlər nəticəsində Azərbaycanın tanınmış şair və yazıçılarının əsərlərini özbək dilinə tərcümə edildiyini və əlaqələrin yüksələn xətlə inkişaf etdiyindən razı olduğunu qeyd edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ikitərəfli ədəbi əlaqələr, bu istiqamətdə əməkdaşlıq haqqında danışaraq, tarixən mövcud olmuş ənənənin davamı olaraq, birgə böyük konfransların, kitab təqdimatlarının, poeziya gecələrinin təşkilinin vacib olduğunu vurğulayıb. Diplomat tərcümə layihələrini uğurla həyata keçirmək məqsədi ilə Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hər iki ölkənin dilçi alimlərinin iştirakı ilə “Azərbaycanca-Özbəkcə, Özbəkcə - Azərbaycanca lüğəti”nin nəşr olunduğunu və son illər tərəflər arasında ədəbi əlaqələrdə böyük canlanma olduğunu vurğulayıb. Qeyd edək ki, Özbəkistan Yazıçılar ittifaqında keçirilən təqdimat mərasimi çərçivəsində millət vəkili, şairə Qənirə Paşayevanın “Aç eşiyi” adlı kitabının və digər nəşrlərinin sərgisi iştirakçılara təqdim olunub.
Yazıçılar ittifaqının böyük zalında baş tutan təqdimat mərasimini Özbəkistan Yazıçılar ittifaqı sədrinin müavini Fayrat Majid açaraq Qənirə Paşayevanı Azərbaycan Milli Məclisinin deputatı, tanınmış ictimai-siyasi xadim kimi təhlil edib, onun yaradıcılıq fəaliyyəti haqqında danışıb.
Alim və tərcüməçi Babaxan Şərif Qənirə Paşayevanı özbək dilində kitabının çıxması münasibəti ilə təbrik edib, onun yaradıcılığı haqqında söhbət açıb. Natiq vurğulayıb ki, Qənirə Paşayevanın şeirlərində Vətən, Ana mövzusu əsas yer tutur. Millət vəkili kimi fəaliyyət göstərməsi ilə yanaşı, Qənirə Paşayeva vaxt tapıb ədəbi yaradıcılıqla məşğul olur, şeirlər, məqalələr də yazaraq çoxlu kitabları nəşr ı çap olunub. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov günü-gündən inkişaf edən Azərbaycan-Özbəkistan əməkdaşlığı, ikitərəfli mədəni-ədəbi əlaqələr, bu istiqamətdə Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr, qarşılıqlı səfərlər haqqında danışaraq, qardaş ölkədə Azərbaycan klassiklərinin əsərlərinin Özbək dilinə tərcümə edildiyini və Daşkənddə çap olunduğunu qeyd etmişdir. Diplomat millət vəkili, şairə Qənirə Paşayevanın Özbəkistana səfərini yüksək qiymətləndirərək bu cür səfərlərin, layihələrin ikitərəfli əməkdaşlıq üçün faydalı olduğunu qeyd edib.
Qənirə Paşayeva kitabı özbək oxucularına çatdırdığına görə Özbəkistanın “Kitab dünyası” qəzetinə və bu ölkədəki Azərbaycan Mədəniyyət Mərkəzinə öz minnətdarlığını bildirib. O ta qədimdən Özbəkistanda Azərbaycanın şair və yazıçılarının sevildiyini, Azərbaycanda da özbək şair və yazıçılarının çox maraqla qarşılandığını vurğulayıb. Qənirə Paşayeva Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Xəmsə”nin ilk dəfə olaraq özbək dilinə çevrilməsinin tarixi hadisə olduğunu və bu işdə tərcüməçi Camal Kamala öz təşəkkürünü bildirib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan - Özbəkistan ədəbi-mədəni əlaqələrin tarixi köklərindən, bu günə qədər gələn yol, bu istiqamətdə böyük işlər görmüş böyük şəxsiyyətlərimiz barədə geniş danışıb. Bu əlaqələri, əməkdaşlığı daha da genişləndiməliyik deyib və bu istiqamətdə təkliflərlə çıxış edib. Azərbaycan, onun tarixi, mədəniyyəti, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən böyük işlər, Azərbaycan-Özbəkistan əlaqələrinin qədim tarixi, ölkəmizin iqtisadi və turizm potensialı, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalimz aktları, Qarabağ ağrısı, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verən millət vəkili Q.Paşayeva qardaş Özbəkistanın Qarabağ münaqişəsinin həllində bundan sonra da Azərbaycanın yanında olacağına inandığını deyib. Qarabağ həqiqətlərini özündə əks etdirən "Qarabağ hekayələri" kitabının yaxın zamanlarda Özbəkistan oxucularına təqdim olunacağını deyən millət vəkili Q.Paşayeva məqsəd qardaş Özbəkistan gəncliyinin daha geniş məlumatlar əldə olunmasına nail olmaqdır deyib. O, yaradıcılığında Azərbaycana geniş yer ayıran Özbəkistanın şair, yazar, aydınlarına təşəkkürünü bildirib.
Millət vəkili Q.Paşayeva qarşılıqlı dəstəyimizin, birliyimizin güclənməsi üçün daha da böyük işlərin görüləcəyinə inandığını deyib.Millət vəkili Q.Paşayeva bildirdi ki, Özbəkistan prezidenti Şevket Mirziyoyevin sərəncamı ilə Özbəkistan Türk Şurasına üzv oldu. Bu, çox önəmli bir hadisədir və bütün Türk dünyasını çox sevindirən bir addım oldu. İnşallah Türk dövlətlərinin birliyi və bərabərliyi daha da güclənəcək. ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, qardaş Özbəkistanla əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi istiqamətində daha böyük layihələrin həyata keçirilməsindən danışıb. Milli Məclisin deputatı ədəbi-mədəni əlaqələrimizin inkişafına xidmət edən daha çox tədbirlərin həm Özbəkistanda, həm də Azərbaycanda keçirilməsinin vacib olduğunu vurğulayib. Azərbaycan qardaş Özbəkistanla əlaqələrin və əməkdaşlığın inkişafına böyük önəm verir və bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır, Özbəkistanda Azərbaycanın, Azərbaycanda Özbəkistanın daha geniş tanıdılmasına, təbliğinə böyük ehtiyac var deyən millət vəkili Q.Paşayeva iki qardaş ölkənin aydınları,alimləri, elm, mədəniyyət xadimləri, QHT and KİV qurumları arasında ortaq layihələrin həyata keçirilməsinin artmasının vacibliyini qeyd edib, bu istiqamətdə fəaliyyəti daha da artırmaq lazımdır, cünki bu bizim gələcəyimiz üçün çox lazımdır deyib. Türk dövlət və toplumları arasında birliyin güclənməsinin bütün Türk dövlətləri üçün vacib olduğunu xüsusi vurğulayan millət vəkili Q.Paşayeva bu birliyin güclənməsində şair, yazar, aydınların, jurnalistlərin üzərinə düşən vəzifələrlə bağlı geniş fikirlərini də bildirib.
Özbəkistanın Xalq şairi Camal Kamal böyük Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimini çox sevdiyini, Şeyx Nizaminin “Xəmsə”sini artıq özbək dlinə çevirdiyini diqqətə çatdırıb. Deyilib ki, poemaların dördü artıq çap edilib, biri də çap ərəfəsindədir. Bildirdi ki, "Qənirə xanım siz mənim 80 illik yubileyimi Bakıda qeyd edəndə dediniz ki, sizin gələn yubileyinizi işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda da edəcəyik inşallah. Mən o günü səbrsizliklə gözləyirəm. Qarabağ sizin qədər, bizim də ağrımızdır."
Millət vəkili Q.Paşayeva "ustad Camal Kamala demək istəyirəm ki, inşallah sizin gələn yubileylərinizi işğaldan azad edəcəyimizi gözəl Dağlıq Qarabağımızda qeyd edə biləcəyimizə inanırıq. Bunun üçün qardaş dövlət və toplumlar olaraq birliyimizi daha da artırmaqlıyıq" deyib.
Dosent Adxambek Alimbekov, şairlər Qoşqor Norkobil, Tura Mirzə, Xasiyyət Rüstəm, tərcüməçi Şermurat Subxan və başqaları Qənirə Paşayevanın şeirlərinin qısa zamanda Özbəkistanda sevildiyini, hətta şeirlərinə mahnı bəstələndiyini diqqətə çatdırıblar.
Daha sonra tədbirdə Özbək tələbələr Şaxnoza Xuşiyeva, Dilşod Laziz millət vəkili Qənirə Paşayevanın şeirlərini səsləndirib, onun şeirinə yazılmş mahnılar ifa ediblər.