Bilal Əliyev ağır xəstəliyə tutuldu -ardıcıl bacı və qardaşları vəfat etdi
    • 1-10-2019, 20:55
    • 3 275

Bilal Əliyev ağır xəstəliyə tutuldu -ardıcıl bacı və qardaşları vəfat etdi

Xalq artisti Bilal Əliyev "Şou ATV"nin qonağı olub.
News24.az xəbər verir ki, sənətçi ailə hekayəsinə dair bu vaxta kimi heç kəsin bilmədiyi bəzi məqamlara aydınlıq gətirib.

Belə ki, ardıcıl bacısını, anasını və iki qardaşını itirən xalq artisti fikirdən şəkər xəstəliyinə tutulub:

"İkinci qardaşım birinci qardaşıma görə çox fikir elədi. Qan qardaşı olmağına baxmayaraq həm də dost idilər bir-birlərinə. Dost olduqlarına görə də onun itkisi buna ağır təsir elədi. O qədər fikir elədim ki, artıq bədənimdə şəkər əmələ gəldi". 

Qeyd edək ki, Bilal Əliyevin hər iki qardaşı 44 yaşında dünyadan köçüb.