Rusiyada sərhədçilərə rüşvət təklif edən azərbaycanlı cəzalandırıldı
    • 1-10-2019, 23:46
    • 802

Rusiyada sərhədçilərə rüşvət təklif edən azərbaycanlı cəzalandırıldı

Rusiya Federasiyasının Kurqan bölgəsində Qazaxıstandan spirtli içkilərin qanunsuz idxalına görə sərhədçilərə rüşvət verməyə cəhd göstərən azərbaycanlı tutulub.
News24.az xəbər verir ki, məhkəmə artıq bu cinayət işinə baxıb və sərhədçilərə rüşvət verdiyi üçün saxlanılan 39 yaşlı həmyerlimizə hökm oxunub. Tutulan şəxs bundan əvvəl qanunsuz alma daşınmasına görə də hüquq-mühafizə işçilərinin diqqətini cəlb edibmiş.
Bu ilin iyulunda isə o, Qazaxıstandan Rusiyaya avtomobillə mənşəyi bilinməyən alkoqollu içkilər keçirməyə cəhd göstərib. Sərhədi maneəsiz keçmək üçün o, sərhədçilərə 20 min rubl (təxminən 524 manat) məbləğində rüşvət təklif edib.
Bu barədə Nakanune.ru saytına Kurqan və Tümen bölgələrinin Sərhəd idarəsinin mətbuat xidmətindən məlumat verilib.
Adı açıqlanmayan azərbaycanlı rüşvət verdikdən sonra dərhal həbs edilib. Məhkəmədə o öz günahını etiraf edib.
Məhkəmə həmyerlimizə 200 min rubl məbləğində cərimə cəzası təyin edib.