Azərbaycanda bu banklarda lirə mübadiləsi dayandırıldı
    • 20-08-2018, 12:33
    • 1 421

Azərbaycanda bu banklarda lirə mübadiləsi dayandırıldı

Bu gün Azərbaycanda türk lirəsinin (TRY) gündəlik nağd alış-satışını həyata keçirən bəzi banklar bir sıra məhdudiyyətlərin tətbiqinə başlayıb.

Aparılan araşdırma nəticəsində bəlli oldu ki, bu banklardan NBC Bank ümumiyyətlə lirə mübadiləsini həyata keçirmir, PashaBank isə fərdi müştərilər üçün mübadiləni bu günlük dayandırıb. Qeyd etmək lazımdır ki, mübadiləni faktiki olaraq dayandıran bu iki bank öz rəsmi internet səhifəsində lirənin məzənnəsini gündəlik olaraq yeniləyirlər.

Digər banklardan Azər-Türk Bank, Günay Bank və Kapital Bankdan kassadakı məbləğə uyğun ticarət etdiklərini və limitin tətbiq olunmadığını bildirdilər.

Ziraatbankdan isə deyildi ki, alış üzrə hər hansı məhdudiyyət olmasa da, satışa bir nəfər üçün 500 TRY həcmində limit tətbiq olunur.

//Fins.az