MSK sədri namizədliyini irəli sürmüş şəxsləri əmlaklarını AÇIQLAMAĞA ÇAĞIRIB
    • 7-01-2020, 16:44
    • 1 090

MSK sədri namizədliyini irəli sürmüş şəxsləri əmlaklarını AÇIQLAMAĞA ÇAĞIRIB

 “Deputatlığa namizədliyini irəli sürmüş şəxslər öz əmlakları barədə məlumat verməli, əmlaklarını gizlətməməlidirlər”.

News24.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib. M. Pənahov deyib ki, əmlak və gəlirlərin açıqlanması Seçki Məcəlləsinin tələbidir: “Dairə seçki komissiyalarının namizədliyini irəli sürmüş şəxsə bu barədə məlumat vermək öhdəliyi yoxdur. Namzədliyini irəli sürmüş şəxslər bu barədə özləri məlumat verməlidirlər”.