Göygöl Milli Parkına giriş MƏHDUDLAŞDIRILDI
    • 3-10-2019, 10:58
    • 666

Göygöl Milli Parkına giriş MƏHDUDLAŞDIRILDI

Göygöl Milli Parkına giriş məhdudlaşdırılıb.

News24.az-a xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. 

Onun sözlərinə görə, Göygöl Milli Parkına gedən yolda “Azəravtoyol” ASC tərəfindən asfalt örtüyünün yenilənməsi ilə əlaqədar 3-4 oktyabr tarixlərində milli parka giriş bağlı olacaq. 
"Müvəqqəti narahatlığa görə ziyarətçilərdən üzr istəyirik", - deyə İ.İbrahimova qeyd edib.