Həkimləri daşıyan təyyarə QƏZAYA UĞRADI
    • 6-05-2020, 10:19
    • 803

Həkimləri daşıyan təyyarə QƏZAYA UĞRADI

Tibb işçilərini daşıyan təyyarə Argentinanın Eskel şəhəri yaxınlığında Antonio Parodi Beynəlxalq Hava Limanına enərkən qəzaya uğrayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatda 2 nəfərin öldüyü bildirilib. Ötən gün yerli vaxtla 23: 00-da Learjet 35 uçuş-enmə zolağından 100 metr məsafədə eniş edib. Bundan sonra partlayış baş verib.

Təyyarənin azyaşlı xəstəni Buenos Ayresə təcili daşıması üçün Santa Fedən yola çıxdığı, göyərtədə iki ekipaj üzvü, bir həkim və bir tibb bacısı ilə birgə xəstənin valideynlərinin olduğu vurğulanıb.

Qəzadan sonra 2 nəfər xəstəxanaya yerləşdirilib. 

Qəzanın mümkün səbəbləri haqda məlumat verilməyib.