USD 1.7
EUR 1.9044
TRY 0.2527
RUB 0.0248
  • Bakı 20°C
  • ŞUŞA 14°C
  • GƏNCƏ 20°C
  • LƏNKƏRAN 20°C
  • ŞƏKİ 19°C
  • QUBA 18°C
  • NAXÇIVAN 16°C

Orduxanın stadiondakı hərəkətinə görə "Qarabağ" cəzalandırılacaq - VİDEO

HADİSƏ / Video

Mətn ölçüsü

Xəbər verdiyimiz kimi, Lüksemburqda baş tutan "Qarabağ" - "Düdelanj" matçında təxribat olub. 

News24.az azxeber.com-a istinadən xəbər verir ki, qondarma respublikanın bayrağı dronla qaldırılan zaman meydana girmək istəyən azarkeşlərə görə "Qarabağ" da cəzalandırıla bilər. Belə ki, Avropada yaşayan siyasi mühacir Orduxan Teymurxan oyun dayandığı zaman meydana girməyə cəhd edib. 
 
Onu polislərlə "Qarabağ"ın futbolçuları Riçard Almeyda və Mahir Əmrəli saxlayıb. O eyni zamanda polisi təhqir edib.
 
Orduxanın bu hərəkəti oyununun protokolunda qeyd edilib. Bu səbəbdən də UEFA-nın "Düdelanj"la bərabər "Qarabağ"a da cəza kəsəcəyi gözlənilir.
 
Populist çıxışları ilə gündəmə gəlmək istəyən Orduxan bu hərəkəti ilə "Qarabağ"a və Azərbaycana zərbə vurub. 
 

Video

Xəbəri paylaş: