“Kişi iş tapmırsa, ailəsini dolandıra bilmirsə onun aqressiyası artır”  – Video
    • 20-08-2018, 23:00
    • 695

“Kişi iş tapmırsa, ailəsini dolandıra bilmirsə onun aqressiyası artır” – Video

Ötən günlərdə ictimai nəqliyyatda baş verən olaylar, kutlevi mübahisələr, insanlar arasında olan gərginlik əlbəyaxa davalara səbəb olur. Çox təəssüf ki, gündəlik həyatımızda mütəmadi olaraq bu tip hadisələrlə rastlaşırıq və bu da cəmiyyətdə aqressiyanın artdığının göstəricisidir”.

Bu sözləri psixoloq Sevinc Baxışova son zamanlar ictimai nəqliyyat vasitələrində insanların aqressiyasını əks etdirən videogörüntülərə münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə, insanlarda yaranan aqressiya yaşadıqları gərginliklərlə bağlı meydana çıxır:

“Aqressiya ilk növbədə insanın özündən kənara yönəlmiş etirazı, qəzəbidir. Narazılıq yaradan faktorlar olduqca çoxdur. İndi milli mental şüur formalarımızla xaricdən gələn şüur formaları toqquşur. Amma baxın, əgər bir ailə başçısı olan kişi iş tapmırsa, ailəsini dolandıra bilmirsə, həmin zaman aqressiya onun içində toplanır və həmin şəxs nəhəng aqressiya enerjisini elə bir səmtə yönəldir ki, o, hörmətli insan olsa bele gözümüzdən düşür. Lakin onun hansı səbəbdən bu vəziyyətə düşdüyünün əsl səbəbini isə görə, həmin şəxslə empatiya yarada bilmirik. İnsanlar sanki dava etməyə hazır vəziyyətdə durublar. Çünki onlar beyinlərində yaşadıqları gərginlikləri sosial mühitə, nəqliyyat vasitəsində, yaxud küçədə rastlaşdıqları insana ötürməyə başlayırlar. Əziz insanlar, əgər siz daxilinizdə olan aqressiyaya, mübarizəyə qalib gələ bilmirsinizsə, mütəxəssislərə müraciət edin. Ruhunuzu incidən, zədələyən hisslərdən uzaq olun”.