Maşınlarınızı bu yerlərdə saxlamayın! - VAQİF ƏSƏDOVDAN SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ
    • 7-10-2019, 11:37
    • 750

Maşınlarınızı bu yerlərdə saxlamayın! - VAQİF ƏSƏDOVDAN SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ

“Bakıda güclü küləyin əsməsi ilə bağlı bizim növbətçi hissəyə hər hansı avtomobilə dəyən zərərlə bağlı informasiya daxil olmayıb”.

Bu sözləri Bakı Şəhər Dövlət Yol Polisinin bölmə rəisi Vaqif Əsədov News24.az-a Bakıda əsən güclü küləklə bağlı sürücülərə məsləhət görərkən deyib:

“Hal-hazırda Yasamal rayonu ərazisindəyəm. Güclü küləyin əsməsi ilə bağlı sürücülər avtomobillərini açıq hava şəraitində, hərəkətə mane olmayan ərazidə park etsinlər. Maşınları ağacların altında, divar və səddlərin yanında  saxlamasınlar. Əks halda maşınlara maddi ziyan dəyə bilər. Ümumiyyətlə isə sürücülərdən avtomobillərindən mümkün qədər istifadə etməməyi tövsiyyə edirəm”.