Güclü küləklə bağlı sürücü və piyadalara XƏBƏRDARLIQ
    • 4-02-2020, 18:13
    • 953

Güclü küləklə bağlı sürücü və piyadalara XƏBƏRDARLIQ

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov paytaxtda əsən güclü küləklə bağlı sürücü və piyadalara xəbərdarlıq edib.

V.Əsədov News24.az-a açıqlamasında onları diqqətli olmağa çağırıb: “Güclü küləyin əsməsi ilə bağlı kiminsə xəsarət alması və ya xoşagəlməz hadisə barədə bizə məlumat daxil olmayıb.  Amma biz yenə də sürücülərə və piyadalara diqqətli olmağı tövsiyə edirik. İribudaqlı ağacların altında avtomobil saxlamasınlar. Ən azından, külək iri budaqları qırıb avtomobillərin üzərinə sala bilər. Sürücülər maşınlarını tam açıq ərazidə park etməyə çalışsınlar. Küləyin sərt olduğu ərazilərdə avtomobili yüksək sürətlə idarə etməsinlər. Piyadalar da hər günkindən bir az daha diqqətli olsunlar. Çünki hər an təhlükə yaşaya bilərlər”.