"Gülünc və sonsuz müharibələrdən çıxmağın vaxtı çatdı" - DONALD TRAMP
    • 7-10-2019, 16:27
    • 818

"Gülünc və sonsuz müharibələrdən çıxmağın vaxtı çatdı" - DONALD TRAMP

Suriyadakı vəziyyəti şərh edən ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın "bu sonsuz müharibələrdən çıxmasının" və ABŞ hərbçilərinin evinə geri qayıtmasının vaxtı olduğunu bildirib.

News24.az “TASS”a istinadən xəbər verir ki, D.Tramp ABŞ-ın Suriyada 30 gün qalmalı olduğunu, heç bir məqsəd olmadan döyüşdə daha dərinə getdiklərini bildirib: “Bu gülünc,və sonsuz müharibələrdən çıxmağın, əsgərlərimizi evə gətirməyin vaxtı çatdı”

Donald Tramp "Türkiyə, Avropa, Suriya, İran, İraq, Rusiya və kürdlər bu vəziyyətin öhdəsindən gəlməlidir" deyə əlavə edib.