-
- 16-10-2019, 22:21
- 1 119
PKK İŞİD-dən daha təhlükəlidir - Donald Tramp
ABŞ Prezidenti Donald Tramp PKK terror təşkilatı ilə bağlı yeni açıqlamalar verib.
News24.az TASS-a istinadən xəbər verir ki, prezidenti D.Tramp Ağ Evdə İtaliya Prezidenti Serdjo Matarella ilə görüşündən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, PKK terror təşkilatı İŞİD-lə müqayisədə daha təhlükəlidir.
“Bildiyiniz kimi kürd silahlı qüvvələrini təmsil edən PKK terror təhlükəsi baxımından bəlkə də İŞİD terrorçularından daha qorxuludur. Onları nəzarətdə saxlamağın çox çətin olduğunu düşünürəm”, - deyə Tramp bildirib.
ABŞ dövlət başçısı həmçinin qeyd edib ki, İŞİD ona görə PKK-ya hörmət edir ki, onlar daha güclü və təhlükəlidir:
“Bu barədə heç kim danışmaq istəmir, amma deməliyəm ki, hər kəs kürdləri mələk hesab edir, lakin biz PKK-ya xeyli pul ödəmişik ki, bizim tərəfimizdə vuruşsunlar”.