-
- 8-10-2019, 11:57
- 2 384
“Şou-biznesi əlçatan qadınlar çirkablayır” – LƏTİFƏ SOYUÖZ - VİDEO MÜSAHİBƏ
Müğənni Lətifə Soyuöz News24.az-a eksklüziv müsahibə verib.
Səmimi söhbətdə Soyuözlə çox şeydən danışdıq, şəxsi həyatından, oğlundan, nənəsindən, hətta avtomobilindən.
Amma sözsüz ki, söhbətə öncə sənətindən başladıq...
- Özümə söz verdim ki, yeni mövsümdə dayanmadan çalışacam. Yayda bir az durğunluq oldu. Ümumiyyətlə, həmişə belə olur, mövsümün axırında azca dincəlirəm, amma sonra stress başlayır. Çünki kameraları, studiyaları, proqramları, işıqları çox sevirəm, həyatımı onlarsız təsəvvür eləmirəm. Son bir ayda işin yoxluğundan depressiyaya düşdüm. Amma çox çəkmədi ki, yeni mahnılar üzərində çalışmağa başladım, fotosessiya çəkdirdim. Hazırda böyük layihənin klipiylə bağlı ciddi işlər gedir. Onun ərsəyə gəlməsini çox həyəcanla gözləyirəm. Üç illik fasilədən sonra yeni klip... İşimə çox məsuliyyətliyəm. Nə qədər güləyən olsam da, işə gələndə ciddi oluram. Maksimalist və tələbkaram. Nəhayət ki, uzun müddətdən sonra istədiyim mahnını, əsəri tapdım.
- Haqqınızda “çox iddialıdır” deyirlər...
- Bəli, sənətimdə iddialıyam. Çünki mən orta təhsilli müğənni deyiləm. Bülbül adına orta ixtisas musiqi məktəbini, Azərbaycan Dövlət Milli Konservatoriyasını bitirmişəm. Daha sonra isə Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistiyəm, bu isə ayrıcalıqdır. 16 yaşından peşəkar səhnədəyəm. Hələ uşaq yaşlarımda böyük səhnələrdə, ciddi tədbirlərdə çıxış etmişəm. Yadımdadır, Papa Rimskiy ilk dəfə Bakıya gələndə onun qarşısında oxumuşam. Bir sözlə, öz janrımda yəni, simfo-rok, opera-rok-pop ifaçılığında çox iddialıyam, çünki hələ alternativim yoxdur.
Adını tapa bilmədiyim, biabırçı...
- Rokdan danışdınız. Sizcə, indi niyə bu janra tələbat yoxdur?
- Əslində rok dünyada ən populyar və çox tamaşaçı cəlb edən janrlardan biridir. Əfsus ki, bizdə rok festivalları keçirilmir. Əminəm ki, bu janr üzrə festivallar keçirilsə, ora çox böyük axın olacaq. Çünki roku sevənlər kifayət qədərdir. Bir səbəb də odur ki, bu janrın təbliğatı yoxdur. Təbliğ olunsa, gəncləri efirlərə dəvət etsələr, insanlar roku dinləməyə alışacaq. Necə ki, biz indiki bu qarmaqarışıq, adını tapa bilmədiyim əcaib, biabırçı “musiqi”yə alışmışıq.
Opera özü də bir şoudur...
- Lətifə Soyuöz şou-biznesdədir, yoxsa incəsənətdə?
- "Mən şou-biznesdə deyiləm” sözünü sevmirəm və anlamıram. Şou-biznesdə olmaq hər kəsin işi deyil. Çünki şou-biznesdə də, sənət göstərməlisən. Nədənsə bizdə bu məqam başqa cür anlaşılır. Əgər sən şou-biznesdəsənsə, o zaman meymunluq və qalmaqal etməlisən. Bu, belə deyil. Şou göstərməyi bacarmaq lazımdır. Bizdə gerçək şou göstərən ifaçılar çox azdır. Düşünürəm ki, operanın özü də bir şoudur. Çünki orada da aktyorlar var, işıq effektləri də. Səhnə quraşdırılır, rəngarəng geyimlər nümayış olunur. Və ya sirk olsun. Onun özü də bir şoudur... Yəni mən şou-biznesdəyəm, amma sənət göstərirəm.
“Toy qazancım yoxdur”
-“Opera özü də şoudur” deyirsiniz, amma ifa etdiyiniz janr qazanc gətirmir...
- Elədir, amma elit korporativlər və roku sevib dəyər verənlər var. Düzdür, toy qazancım yoxdur. Çox az olur ki, toylara dəvət alıram. Ümumiyyətlə, o sahəyə can atmıram. On dəvətdən birini qəbul edirəm.
“Orasını-burasını kəsdirib deyirlər...”
- Sizi zahiri görünüşünə çox əl gəzdirən sənətçi sayırlar. Neçə dəfə bıcaq altına girmisiz?
- İki dəfə. Birinci dəfə burnumu kəsdirmişəm. Çünki kamera qarşısına çıxmağa kompleks edirdim Arıqlamışdım deyə, burnum diqqət çəkirdi. Sənətçinin görünüşü gözəl olmalıdır, həm də kamera qarşısında gərək sərbəst olasan, necə görünməyin haqda fikirləşməyəsən. Ona görə də, burnumu əməliyyat etdirdim. İkinci dəfə isə dəri əməliyyatı keçirmişəm. Yəni, olan budur. “Orasını-burasını kəsdirib” deyirlər, amma bədənimdə heç bir plastik əməliyyat elətdirməmişəm.. Eləmiş olsam, gizlətmərəm.
- Bəs, dodaqlarınız? Təbiidir?
- Dodaqlarıma yalnız konturlama elətdirmişəm. Hər gün konturdan istifadə etməmək üçün bu üsula əl atmalı oldum. Sadəcə, bir az qabarıq şəkildə alındı.
Ay mənim Lətifə nənəm....
- Şou-biznesin ən zəngin və səxavətli nənəsi sizin payınıza düşüb, deyirlər.
- (Gülür...) Bəli, elədir.. Dost-tanış da mənə zarafatla deyir ki, “o nənəni bizə ver”. O, mənim şans mələyimdir, atamdan sonra sənətimdə dəstəkçimdir. Mənim üçün əlindən gələni edir. Həmişə də deyir, “nəvəmin qəlbi qırıqdır”... Hər dərdimi ona deyirəm, ikinci anamdır.
- Gözəl xanımsınız. Kişilər sizə biganə qalmır. Onlardan maddi dəstək almısınızmı?
- Dəfələrlə olub ki, bahalı hədiyyələr göndəriblər. Hətta maşın dəyərində, 52 min avroluq telefon da göndərənlər olub. Amma qəbul etməmişəm. Çünki onu götürsəm, arxasında dayanmalıyam. Hər zaman demişəm, yaxın bilmədiyim heç bir kişidən dəstək almaram.
- Amma nədənsə bəzi imkanlı şəxslər - kişilər düşünürlər ki, əgər şou-biznesdədirsə, ona istənilən təklifi edə bilərlər...
- Bəli, düzdür. Təəsüf ki, bizdə qadınlar işi korlayıblar. Ona görə də, günahı ancaq onlarda görürəm. Hər şey əlçatan, pulla alınması mümkün olub. Yalnız bizim sahədə yox, hər sahədə belədir. Bəzilərinin durumu çox çətin olur və onları qınaya bilmirsən. Çünki onun başqa çıxış yolu yoxdur. Yəni bu addımı məcburiyyətdən atıb. İş tapa bilmir. İş görüşməsinə gedir, cavan, gözəgəlimli xanımdır və ona pis təklif edilir. Ona təklif edən tərbiyəsizdir, yoxsa o?! Belə qadınlara ürəyim ağrayır. Hər kəs şanslı doğulmur. Mən şanslılardanam, çünki nəyim var, ailəmdən gəlir. Amma bəziləri isə bunu sırf var- dövlətinin üstünə əlavə gəlir gətirmək üçün edirlər. Gözləri doymur, bax, onları qınayaram. Ona görə də, çox qadınlar dəyərsiz olub. Kişilər düşünürlər ki, rahatlıqla qadını ələ almağa qadırdılər. Mənsə bunun əksini sübüt etməyi sevirəm. Bizim şou-biznesdə elələri var, amma onlar sənətdə təsadüfi adamlardır. Pulu var, amma səsi yoxdur. Onlar sənətə gələndə artıq eləydilər. Sənət heç vaxt insanı pozmur. Əksinə, belələri incəsənəti çırkablayıblar.
-Bəs sizə, əks cinsdən o cür təklif edən olub?
- Yox, mənə elə təklif edə bilən olmayıb, olmayacaq da. Bakı balaca şəhərdir, elə bir şey olsa, dərhal eşidilər. Biri var, tanımadan nəsə yazırlar, biri də var səninlə ciddi maraqlanırlar. Ciddi maraqlananlar, ətrafdan sənin haqqında ətraflı məlumat alır, soruşdururlar. Həmin informasiyadan dərhal bilir sən kimsən, valideynlərin kimdir və sairə. İnstaqram, sadəcə görüntüdür. Məni yaxından tanıyanlar deyirlər ki, “orda göründüyünüz kimi deyilsiniz, daha ciddisiniz”. Sosial şəbəkə bizim əyləncəli tərəfimizdir. Bütün günü deyib-gülə bilmərik. Çünki ailə, iş, övlad var, yəni bizim həyatımızın da ciddi tərəfləri var. Çox yaxın insanlarla deyib-gülürəm. Hər insanı yaxına buraxmıram.
"Rəhim məni küsdürmüşdü"
- Şou-biznesdə dostlarınız var?
- Şou-biznesdə tək dostum var, o da Rəhim Rəhimlidir. O, yeganə insandır ki, evimə gedib-gəlir. Eyniylə də mən.
- Amma aranızın dəydiyini deyirdilər...
- Şou-biznesdə mənimlə ilk dostluq edən, dəstək olan məhz Rəhim Rəhimli olub. Aramızda inciklik olub, amma inanın ki, indi səbəbini heç xatırlamıram. Yaxınlarıma çox ərk edirəm, onlardan tez küsürəm. Rəhim də məni küsdürmüşdü. Sonra Aygün Kazımovanın ad günündə qarşılaşdıq, məni görüb dedi: “Lati, məndən küsmüsən?!” Donub, qaldım, çünki səbəbini xatırlamırdım. Elə də niyə küsdüyümü xatırlamadım, ordan çıxanda danışıb, gülə-gülə getdik...
- Bayaq “əlçatan qadın” deyiləm dediniz. Bəs, ürəyinizi fəth edən yoxdur?
- Təkliyimin dadını çıxardıram. Çünki şəxsi həyatımda nəsə baş verəndə işdən qalıram, çalışa bilmirəm. Tək olanda isə əksinə, ancaq iş barəsində fikirləşirəm. Qəlbimi ala biləcək namizəd hələ ki, yoxdur. Ürəyimin istədiyi kimi birisini tapa bilsəm olar, niyə də yox?!
- Bəs keçmiş həyat yoldaşınız? Onunla barışmaq istəmirsiz?
- Yox. O, məsələ çoxdan bağlanıb. Mənim bir xasiyyətim var, heç vaxt geriyə dönmürəm. Bağladığım səhifəni bir də açmıram. Həyatda bağışlamayacağım, qəbul edə bilməyəcəyim məqamlar var. Biri, xainlik. Bir dəfə xainlik edən, bir daha edəcək.
- Yəni xəyanət?
- Yox. Xəyanəti hardasa keçə bilərəm. Situasiyadan, o anki vəziyyətimdən aslıdır. Onu bağışlamaq olar, çünki xəyanət etməyən kişi yoxdur, amma bunu mənə bildirməsin. Əsas onun səni həqiqətən sevməsidir. Yəni düşünəsən ki, insandır da, səhv edib. Amma xainlik çox başqa bir şeydir. Xainlik xəyanətin çox pis formasıdır. Həyatımda tək qaldığım dönəmlər olub. Olması gərəkdiyi şəxs yanımda olmayıb. Həmin vaxt onun başı başqa şeylərə qarışıb. Mən də bunu bağışlaya bilməmişəm. Sağlam, ayaqda olanda hər kəs yanımda olmaq istəyər. Amma çətin anımda yanımda deyilsə, o adam mənə lazım deyil. O zaman səhər tək oyandın, ya onunla, heç fərq etməz.
- Necə biri ilə oyanmaq istərdiniz?
- Mənə qadın olduğumu xatırladan biri ilə. Güclü, mərd, xain olmayan, rahatlıqla çiynimi dayıya biləcəyim biri ilə. Çünki sadiq insanam, çox gözəl sevə bilərəm. Yanımda olan insandan da onu tələb edirəm. Əgər əlimi tutacaqsa buraxmamalıdır. Sevdiyimə tamamilə sədaqətli olub, əsl qadınlığımı nümayış etdirərəm. Bütün bunlar üçün onu haqq edəcək insan olmalıdır.
- Lətifə Soyuözü kim ağlada bilər?
- Yaxınlarımın itkisi. Bu həyatda atamın itkisindən başqa heç nə məni ağlatmayıb. Çünki o yeganə insan idi ki, məni bütün qəlbiylə sevib. Nə vaxtsa böyük sevgi ilə qarşılaşıb, onu itirsəm, məyus olub ağlaya bilərəm. Amma hələ ki, o hissləri yaşadacaq bir kişi həyatımda olmayıb.
- Bəs övladınız?
- Övladım mənim üçün tamamilə başqa bir dünyadır. O, hələ ki, evimizin balaca kişisidir. Onun harasısa ağrıyanda kövrələ bilərəm. Onunla bağlı heç vaxt pis fikirləşmirəm. Ancaq gözəl şeylər düşünürəm. Təbii ki, əgər, tək anasansa, çətin məqamlarla üz-üzə gəlirsən. Özümü əsla onun yanında sınmağa qoymaram, çünki çox balacadır. Oğlumu televiziyalara çıxarmıram, sosial şəbəkələrə çox nadir hallarda şəkilini paylaşıram. Lazım olsa, onun adından istifadə edib, elə reytinqlər qıraram ki, bütün Azərbaycan məni sevər. Amma əsla bunu etmərəm, çünki oğlum mənə aiddir, mənimdir. Onunla özüm məşğul oluram. Hər səhər məni yuxudan o oyadır. Yeməyini özüm yedizdirirəm.. Çünki deyir yeməyimi “mama versin”.
“Rakka-çıka eşitsəm, televizoru yandıracam”
- Anasının mahnılarını dinləyir?
- Dinləyir. “Aşk bu”nu, “Falan filan”nı sevir, “Hədəf”in klipinə baxır. Dörd yaşı olsa da, italyan mahnılarını dinləyir. Evdə hamıya demişəm, görsəm ki, uşaq “rakka çıka” qulaq asır, televizoru sındıracam. Ona bayağı mahnılara qulaq asmağı qadağan etmişəm.
- Musiqinizi anlamayanları necə başa salırsınız?
- Bir gülməli hadisəni danışım.... Sosial şəbəkədə məşhur “Beşinci element” filmindən fraqment paylaşmışdım. Oğlanın biri yazıb ki, Azərbaycan musiqisi günü-gündən körlanır. Ona o qədər güldüm ki.... Adam anlamır, bu Azərbaycan musiqisi deyil. Heç olmasa, sözlərinə qulaq as. Bir yandan da onu qınamıram. O, heç vaxt operaya getməyib, ümumiyyətlə bu haqda anlayışı yoxdur. İzah edirsən ki, operadır, deyir hansı, o qışqıranlar? Ona görə də, nəyisə başa salmağın mənası yoxdur və bu, faciədir. Ağır musiqi ağır insanlar üçündür, yüngül isə yüngüllər üçün. Musiqimiz tərbiyəsizləşib və bu, məni çox narahat edir.
"Elə tanınmış ailələr var, nikahları ola-ola iyrənc həyat yaşayırlar"
- Sizin üçün rəsmi, yoxsa vətəndaş nikahının fərqi varmı?
- Xoşbəxt nikahın tərəfdarıyam. Statistikaya görə çox ailələr dağılır. İndi hər kəsin ailəsində, yaxınlarında boşanan var. Elə rəsmi nikahın olmasındansa, olmaması yaxşıdır. Ulu nənələrimizin kağızları olmayıb, amma o qədər xoşbəxt, sağlam, sədaqətli ailələri olub ki... Mənim də kağızım olub, amma o kağız məni bu işlərdən qutarmadı, sığorta vermədi. Kağız lazımdır, amma zəmanət deyil. Həyatında xoşbəxt yaşayacağınız şəxs varsa, kağız önəmsizdir. Kağızdan önəmli münasibət, sadiqliq, sevgi, hörmətdir. O, qədər tanınan ailələr var ki, kağızları var, amma iyrənc həyat sürürlər... Hərəsi öz həyatını yaşayır. O orda, bu burda, ortada ailə yoxdur. Mən elə ailəni qəbul etmirəm...
Hazırladı: Sevda Bayramova
VİDEO – FOTO: Fərid Şabanov