ADU-dan dərsə gəlməyən tələbələrlə bağlı YENİ QƏRAR
    • 7-10-2019, 18:39
    • 646

ADU-dan dərsə gəlməyən tələbələrlə bağlı YENİ QƏRAR

Azərbaycan Dillər Universiteti (ADU) tələbələrlə bağlı yeni bir qərarını açıqlayıb.
 
News24.az
-a daxil olan məlumata görə, bundan sonra tələbə 3 gün ərzində dərsə gəlmədikdə bu barədə valideyninə məlumat veriləcək.

Qeyd edək ki, bu qərar yaxın günlərdə təhsil haqqını ödəyə bilmədiyi üçün evdən qaçaraq 11 gün itkin düşən tələbə Əsədulla Cəfərovla bağlı yaşanan hadisədən sonra verilib.

Xatırladaq ki, Əsədulla Cəfərov təhsil haqqını ödəyə bilmədiyi üçün evdən qaçaraq 11 gün itkin düşüb və 4 gün öncə tapılıb.