-
- 1-10-2019, 18:47
- 1 060
Ailəsi təhsil haqqını ödəyə bilməyən tələbə İTKİN DÜŞDÜ - "Oğlum qayıt, yolunu gözləyirik"
Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi Əsədulla Cəfərov 11 gündür ki, itkin düşüb.
News24.az xəbər verir ki, Ə.Cəfərovun atası bu il onun təhsil haqqını ödəyə bilmədiklərini açıqlayıb: "Bu il onun təhsil haqqını ödəyə bilmədik. Ödənişi 1500 manat idi. Azərbaycan Dillər Universitetinin ispan filologiyası ixtisası üzrə təhsil alır. I kursdan da kəsiri olubmuş. Özü bizə utanıb heç nə deməyib. Həm təhsil haqqını ödəyə bilmədiyimizə, həm də kəsiri olduğuna görə xəcalət çəkib evdən gedib. O gündən bəri məlumatımız yoxdur. Oğluma dedim ki, bu vəziyyətə üzülməsin. Dövlətə müraciət edərik, bizə köməklik edərlər. Özümüz hazırda Qara Qarayevdə kirayədə qalırıq. 25-ci polis bölməsinə axtarış üçün müraciət etmişəm. Amma məni o tərəf, bu tərəfə yollayırlar. Özüm neçə gündür ki, oğlumu axtarıram. Oğlum hardadırsa, evimizə qayıtsın. Biz onun yolunu gözləyirik”.