Ruhi Əliyeva evdən qaçan ADU tələbəsinin 3 illik TƏHSİL HAQQINI QARŞILAYACAQ - FOTOLAR
    • 5-10-2019, 15:48
    • 2 231

Ruhi Əliyeva evdən qaçan ADU tələbəsinin 3 illik TƏHSİL HAQQINI QARŞILAYACAQ - FOTOLAR

Təhsil haqqını ödəyə bilmədiyi üçün evdən qaçaraq 11 gün itkin düşən, 3 gün öncə isə tapılan tələbə Əsədulla Cəfərovdan yeni xəbər var.

News24.az xəbər verir ki, Ə.Cəfərzadənin təhsil haqqı “Liatris Holdingin” rəhbəri, iş xanımı Ruhi Əliyeva tərəfindən ödəniləcək.

R.Əliyeva məsələ ilə bağlı bu gün Əsədulla Cəfərov və onun atası Əfqan Cəfərov ilə görüşüb. Tələbənin təhsil haqqı ilə yanaşı, onun əlavə xərcləri də holding tərəfindən qarşılanacaq. Holding rəhbəri bildirib ki, Azərbaycan dövləti və cəmiyyətimiz üçün yararlı vətəndaş olmaq hər birimizin borcudur: “Dövlətimizin və Vətənimizin başını hər zaman uca etmək vətəndaşlıq borcumuzdur. Səndən yalnız yaxşı oxumağı istəyirəm”. 

Əfqan Cəfərov oğlu itdiyi 11 gün ərzində övladı üçün çox narahat olduğunu deyib: “Hər iki övladım hazırda universitet tələbəsidir. Əsədulla Dillər Universitetində, kiçik oğlum isə Dövlət İqtisad Universtetində ali təhsil alır. Onların təhsilli olması həm mənim, həm də analarının əsas məqsədi olub. Övladlarımızı Saatlı rayonunda böyütmüşük, orta məktəbi orada oxuyublar. Onların oxuması üçün hər zaman çalışmışıq. Bakıda kirayə qalaraq balalarımızın yanında olmağa çalışıram. Bakıda işləyirəm və onlara bacardığımı edirəm. Elə məsələlər var ki, onlar mənim gücüm daxilində deyil. Əsədulla mənə söz verdi ki, bir daha belə bir hərəkət etməyəcək”. 

Qeyd edək ki, 18 yaşlı tələbə Ə. Cəfərzadə Azərbaycan Dillər Universitetinin ispan-filologiyası ixtisası fakültəsinin II kurs tələbəsidir. Tələbənin növbəti üç illik təhsil haqqı Ruhi Əliyeva tərəfindən qarşılanacaq.