"Binə" bazarında DƏHŞƏTLİ YANĞIN - VİDEO
    • 8-10-2019, 08:09
    • 895

"Binə" bazarında DƏHŞƏTLİ YANĞIN - VİDEO

"Binə" bazarında növbəti dəfə yanğın hadisəsi baş verib. 


News24.az xəbər verir ki, yanğınla bağlı "3 saylı  çağırış" elan edilib.  Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub. 


Yanğın nəticəsində ticarət mərkəzində bir-birinə bitişik qarışıq mallar və müxtəlif təyinatlı  mağazaların yanar konstruksiyaları və içərisində olan mallar, təqribən, 2500 m2 sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından  mühafizə olunub.


Yanğın söndürülüb.