Bakıda metroda hamilə qadının HALI PİSLƏŞDİ VƏ... - FOTO
    • 17-10-2019, 12:11
    • 1 368

Bakıda metroda hamilə qadının HALI PİSLƏŞDİ VƏ... - FOTO

Metronun İnşaatçılar stansiyasında halı qəflətən  pisləşən G.Hüseynovanın köməyinə orada xidmət aparan polis serjantları Ümid Müseyibzadə və Mirabid Mustafazadə çatıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hamilə qadını vətəndaşların da köməyi ilə qatardan çıxaran polis əməkdaşları təcili tibbi yardım gələnə kimi ona ilkin tibbi yardım göstərib, əşyalarını nəzaərtdə saxlayıblar.

Xəstəxanaya vaxtında çatdırılan G.Hüseynovanın səhhətində ciddi bir problem qeydə alınmayıb.

“Mən bunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adına yazılacaq təkcə ibratamiz bir xidmət deyil, həm də bir insanlıq nümunəsi kimi qiymətləndirirəm. Polis əməkdaşları yoldaşımı xərəkdə pilləkənlərlə çətin vəziyyətdə metrodan çıxararaq təcili tibbi yardım maşınına çatdırmaqla, mənə və yoldaşıma məxsus əşyaları nəzaərtdə saxlamaqla təşəkkürə layiq xidmət göstərdilər. Əslində, nəql etdiklərim əsl fədakarlıq nümunəsidir ki, bir çox ölkələrdə bu nümunələr əsasında əsərlər yazır, filmlər çəkirlər. Mən bu xeyirxahlıqlarına görə asayiş keşikçilərinə öz minnətdarlığımı kiçik bir təşəkkür məktubu ilə yazmağı özümə borc bildim”, - deyə  G.Hüseynovanın həyat yoldaşı V.Alıyev DİN və Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını ifadə edib.