Qucağında körpə uşaq olan qadın yıxıldı - FOTO
    • 23-05-2019, 13:18
    • 951

Qucağında körpə uşaq olan qadın yıxıldı - FOTO

Səbail RPİ-nin Post-Patrul Xidməti və 9-cu Polis Bölməsinin əməkdaşları ərazidə xidmət apararkən  qucağında uşaq olan bir qadının qəfil yılxıldığını görüb yaxınlaşaraq ona ilkin tibbi yardım göstəriblər. 


DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşları körpəni qucaqlarına alaraq sakitləşdirib, qadının ailə üzvlərini telefon vasitəsilə bu barədə məlumatlandırıblar. 


Təcili həmin əraziyə gələn qadının ailə üzvləri polis əməkdaşlarının köməkliyi ilə 2 saylı Poliklinikaya çatdırlıb. 


Zərərçəkmiş və yaxınları polis əməkdaşlarının bu cəfakeşliyinə görə onlara öz minnətdərlıqlarını bildiriblər.