Tarix İnstitutu Milli Kitabxanada TƏQDİMAT MƏRASİMİ KEÇİRƏCƏK
    • 5-02-2020, 16:23
    • 1 690

Tarix İnstitutu Milli Kitabxanada TƏQDİMAT MƏRASİMİ KEÇİRƏCƏK

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun xarici dillərdə nəşr olunan kitablarının M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına təqdimetmə mərasimi keçiriləcək.

İnstitutdan News24.az-a verilən məlumata görə, tədbirin təşkilatçıları Mədəniyyət Nazirliyi, Tarix İnstitutu və Milli Kitabxanadır.

Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son illərdə Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri, o cümlədən dünyanın müxtəlif dillərində - rus, ingilis, alman, fransız, ispan, italyan, ərəb, fars, erməni və başqa dillərdə kitablar işıq üzü görüb. Xarici dillərdə olan nəşrlər arasında “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “Azərbaycan: qısa dövlətçilik tarixi”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı”, “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix”, İrəvan xanlığının tarixi ilə bağlı broşürlər və digər kitablar var.

Tədbir fevralın 7-i saat 11:00-da Milli Kitabxanada keçiriləcək.