-
- 10-10-2019, 11:23
- 851
"Əli Mirəliyev Elcan deyil..." - AKTYORDAN HƏMKARLARINA MESAJ
Aktyor Elcan Rəsulovdan xəbər var. O, qəlbini fəth edəcəyi xanımın axtarışındadır.
News24.az-a danışan aktyor gələcəkdə necə biri ilə ailə qurmaq istədiyindən danışıb:
"Anam da məni tez-tez danlayır ki, "nə vaxt evlənəcəksən?" Ona görə namizəd axtarıram. Qarşıma məqsəd qoymuşam, uyğun adam olan kimi evlənəcəm. Bəzən ürəyiməyatan birini görürəm, araşdırıb soruşdururam, məllum olur ki, ya ailəlidir, ya da nişanlı. Seçdiyim adam nə aktrisa, nə müğənni olmayacaq. Amma hüquqşünas, həkim, menecer, jurnalist ola bilər. Anam mənim üçün gəlin axtarmır. Bu məsələdə qərarı mənim öhdəmə buraxıb".
Elcan Rəsulov şəxsi həyatı ilə yanaşı layihələrindəki yeniliklərdən də danışıb:
"Düşünürəm ki, "Üçümüz" layihəsi maraqlı və əyləncəli alınıb. Televiziyalarda belə layihələr çoxdandır yox idi. Ona görə də, həm tamaşaçılarım, həm də bizim marağımıza səbəb oldu". Özümü "Üçümüz"də rahat hiss edirəm, elə bil ki, evdəyəm. Bilirəm ki "Ər-arvad"ı bəyənirlər. "Stand-up" ən çətin layihədir".
"Kəmalə Piriyeva ilə necə yola gedirsiniz?" sualını isə o belə cavablayıb: "Kəmalənin kaprizləri var, dəyişkən xarakterli insandır. Onunla üç il yola getməmişəm. Çünki belə xasiyyətli insanlarla mənimki tutmur. Son dövrlərdə münasibətlərimiz normallaşdı, onda da, çəkilişlərə fasilə verildi".
"Üçümüz" və "Stand up" şouda simalar dəyişib. Elcan Rəsulovla tərəf müqabilləri Həsrət Həsrətov və Ülvi Həsənli ilə aralarında soyuq küləklər əsir" deyirlər fikrinə isə aktyorun cavabı belə oldu:
"Həsrət ilə Ülvini mən təyin etməmişdim ki, çıxarım. Onlar başqa televiziyaya keçdilər, orada gündəlik veriliş aparırlar. Ona görə də, hər ikisinin yükü ağırlaşdıı.Burda əsas problem vaxt çatızmazlığıdır. Çünki "Stand up" ın hazırlıqları çox vaxt aparır. Bir çıxış üçün aktyor gərək bir həftə hazırlaşsın. Məşqlərə gələ bilməyəcəkdilər, təbii ki, nəticədə səhnəyə çıxa bilməyəcəkdilər. Ona görə də, üstünlüyü öz layihələrinə verdilər. Onların verilişlərini mən də izləyirəm, uğurlar arzu edirəm. Amma bir məsləhətim olacaq. Uşaqlar, çalışın bir-birinizin üstünə çıxmayın. "Üçümüz"də bunu edirdiniz, birtəhər məsələni yoluna qoyurduq, amma Əli Mirəliyev Elcan deyil. Oturub bir küncdə, səsi də çıxmır. Onu da deyim ki, aramızda soyuqluq yoxdur. İşə görə münasibətləri körlamaq olmaz. Ola bilər ki, gələcəkdə yenidən bir verilişdə ya da filmdə biraraya gələk".
Sevda Bayramova
Video: Fərid Şabanov