Leyla Əliyeva burger yeməyə gedib -FOTO
    • 9-10-2019, 23:45
    • 1 096

Leyla Əliyeva burger yeməyə gedib -FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda yeni açılan “Black Star Burger” restoranında olub.

News24.az xəbər verir ki, restoranla tanış olan Leyla xanıma məşhur fast-food şəbəkəsinin paytaxtımızda fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, əsasən gənclərin işə cəlb olunduğu restoranda yeni filialların açılması ilə daha çox gənc iş yeri ilə təmin olunacaq.

L.Əliyeva bunu, gənclərin işlə təmin olunmasına verilən töhfə kimi qiymətləndirib.