-
- 10-10-2019, 01:49
- 721
Gürcüstanda azərbaycanlı şagirdlər arasında kütləvi zəhərlənmə
Gürcüstanda azərbaycanlıların yaşadığı Qaraçöp mahalının (Saqareco rayonu) Ləmbəli kəndində şagirdlər arasında kütləvi zəhərlənmə olub.
News24.az xəbər verir ki, hadisə bu gün baş verib. Belə ki, Ləmbəli kənd orta məktəbinin 5-ci sisnif şagirdləri yaxınlıqdakı mağazadan limonad və cipsi alaraq yeyiblər. Bir müddət sonra onlar özlərini pis hiss ediblər.
Dərhal məktəbə təcili yardım çağırılıb. 7 şagird xəstəxanaya aparılıb. İlkin yardınmdan sonra onlar evə buiraxılıblar.
Faktla bağlı araşdırma aparılır. Şagirdlərin qəbul etdiyi qidaların istismar müddəti ilə bağlı problem olmadığlndan, firma haqqında araşdırmaya başlayıb.