Fazil Məmmədovun kürəkəni İngiltərədə daha iki şirkət açdı -FOTOLAR
    • 11-10-2019, 01:33
    • 1 067

Fazil Məmmədovun kürəkəni İngiltərədə daha iki şirkət açdı -FOTOLAR

Avropada yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli sosial şəbəkədə sabiq vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyevin (vergilər nazirinin keçmiş müavini Namiq Əliyevin oğlu) İngiltərədə daha iki şirkət açması ilə bağlı məlumat yayıb. 
 
News24.az  xəbər verir ki, C. Həsənli iddialarına əsasən, Əbdül Əliyev bu ilin iyunun 27-də Londonda NOAP PROPERTIES LIMITED şirkətini (qeydiyyat nömrəsi 12072403) qeydiyyatdan keçirib. Şirkətin qeydiyyat ünvanı 12 Second Floor, Ogle Street, London, England olaraq göstərilib.

Ötən ayın 16-da isə onun daha bir şirkəti Londonda qeydiyyata alınıb. AMPCO 147 LIMITED-in hüquqi ünvanı isə (qeydiyyat nömrəsi12208094) 7 The Ropewalk, Nottingham kimi göstərilib. 
Bununla Əbdül Əliyevin İngiltərədə təkcə bu il qeydiyyatdan keçirdiyi şirkətlərin sayı 3-ə, ümumilikdə Londonda fəaliyyətdə olan şirkətlərinin sayı 8-ə (qapadılan şirkətlər daxil deyil) çatıb. Bundən əvvəl isə o, bu ilin aprelində Britaniya paytaxtında biznes mərkəzlərinin tikintisi və idarəçiliyi sahəsində fəaliyyət göstərən OKAA PROPERTY LIMITED şirkətini qeydiyyatdan keçirmişdi. 

Əbdül Əliyevin Britaniya və Almaniyada indiyədək çoxlu sayda şirkətləri olub.