Kəmaləddin Heydərovun Londondakı mülklərinin siyahısı - FOTOLAR
    • 28-01-2019, 14:15
    • 1 177

Kəmaləddin Heydərovun Londondakı mülklərinin siyahısı - FOTOLAR

İngiltərədə Kəmaləddin Heydərova məxsus çoxsaylı şirkətləri oğlanları Nicat və Taleh idarə etdiyi aşkarlanıb.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə məlumat paylaşıb.

Jurnalist bildirib ki, hansısa səbəblərdən nazir son 1-2 il ərzində onların adlarını şirkətlərin rəsmi təsisçiləri sırasından çıxarıb və bununla guya Britaniyadakı biznesinə son qoyduğu görüntüsünü yaratmağa çalışıb. 

Nazir bu ölkədəki pullarını uzun illərdən bəri oğlanlarına biznes işlərində kömək etmiş tərəfdaşlarına etibar edib. Böyük ehtimalla Heydərovu bu addımı atmağa vadar edən son vaxtlarda hakimiyyətlə aralarında yaranan soyuq münasibətlərdir. Yəni, uzun illər hakimiyyətə xidmət edən K.Heydərov artıq ona etibar etmir, günün birində vəzifəsini və Azərbaycandakı iqtisadi imperiyasını itirəcəyini anlayır, vaxtında xaricdəki biznesini göz qabağından yığışdırmağa üstünlük verib. Kəmaləddin Heydərovun İngiltərədəki biznesini etibar etdiyi ən sadiq dostu 1963-cü il təvəllüdlü Britaniya vətəndaşı xanım Gillian RALSTON JORDAN-dır. Əslində kifayət qədər cazibədar görünən Gillian xanım daha əvvəldən Gilan Holdinq sahibinin biznesinin böyük qismini öz kölgəsində gizlədib. Hazırda o, Taleh və Nicat Heydərovların adına olan 5 şirkəti idarə edir. Bloombergin məlumatına görə, xanım Jordan 25 ildən çox idarəçilik təcrübəsinə malikdir, Şotlandiya Krallıq Bankının rəhbərinin müavini olmaqla yanaşı, Bermuddakı offşor şirkətlərinin meneceri olaraq fəaliyyət göstərir.

Məlum olub ki, indiyədək Heydərov qardaşlarının adına İngiltərədə 12 şirkət və cəmiyyət qeydiyyatdan keçirilib:

AZERBAIJAN GERMAN CONSULTANCY COMPANY LIMITED(şəhadətnamə nömrəsi 06859927, 26 mart 2009-cu ildə təsis edilib, 2013-cü ildə qapadılıb)
Qeydiyyat ünvanı: 2 Queen Anne Gate, London, England.
AZERBAIJAN CARPETS LIMITED
(şəhadətnamə nömrəsi 06860002, 26 mart 2009-cu ildə təsis edilib, 25 mart 2013-cü ildə qapadılıb)

Qeydiyyat ünvanı: 2 Queen Anne Gate, London, England.
UEI CAY LIMITED
(şəhadətnamə nömrəsi 06860070, 26 mart 2009-cu ildə təsis edilib, 25 mart 2013-cü ildə qapadılıb)

Qeydiyyat ünvanı: 2 Queen Anne Gate, London, England.
UEI RESTAURANTS GLOBAL FOOD LIMITED
(şəhadətnamə nömrəsi 08645712, 12 avqust 2013-cü ildə ildə təsis edilib, 11 oktyabr 2016-cı ildə qapadılıb)

Qeydiyyat ünvanı: 15 Queen Anne Gate, London, England.
UEI REAL ESTATE LIMITED
(şəhadətnamə nömrəsi 07196786, 19 mart 201-cu ildə təsis edilib, 30 avqust 2016-cı ildə qapadılıb)

Qeydiyyat ünvanı: 7th Floor 9 Berkeley Street, London, England.
UEI RESTAURANTS LIMITED
(şəhadətnamə nömrəsi 07325381, 26 iyul 2010-cu ildə təsis edilib, fəaliyyətdədir). Şirkət xanım Jordana və onun rəhbərlik etdiyi JTC şirkətlər qrupuna həvalə edilib.

Qeydiyyat ünvanı: 15 Queen Anne Gate, London, England.
UEI CASPIAN CAVIAR LIMITED
(şəhadətnamə nömrəsi 06860019, 26 mart 2009-cu ildə təsis edilib, 25 mart 2013-cü ildə qapadılıb)

Qeydiyyat ünvanı: 2 Queen Anne Gate, London, England.
CAFE BAKU LIMITED
(şəhadətnamə nömrəsi 07808904, 26 mart 2011-ci ildə təsis edilib, fəaliyyətdədir). Şirkət xanım Jordana və onun rəhbərlik etdiyi JTC şirkətlər qrupuna həvalə edilib.

Qeydiyyat ünvanı: 7th Floor 9 Berkeley Street, London, England.
UEI PROPERTY (UK) LIMITED
(şəhadətnamə nömrəsi 07573289, 22 mart 2011-ci ildə təsis edilib, fəaliyyətdədir). Şirkət xanım Jordana və onun rəhbərlik etdiyi JTC şirkətlər qrupuna həvalə edilib.Qeydiyyat ünvanı: 7th Floor 9 Berkeley Street, London, England.

UNITED ENTERPRISES INTERNATIONAL LIMITED
(şəhadətnamə nömrəsi 06716004, 6 oktyabr 2008-ci ildə ildə təsis edilib, fəaliyyətdədir). Şirkət xanım Jordana və onun rəhbərlik etdiyi JTC şirkətlər qrupuna həvalə edilib.

Qeydiyyat ünvanı: 7th Floor 9 Berkeley Street, London, England.
AZERBAIJAN JUICES LIMITED
(şəhadətnamə nömrəsi 06860062, 26 mart 2009-cu ildə ildə təsis edilib, fəaliyyətdədir). Şirkət xanım Jordana və onun rəhbərlik etdiyi JTC şirkətlər qrupuna həvalə edilib.

Qeydiyyat ünvanı: 7th Floor 9 Berkeley Street, London, England.
THE EUROPEAN AZERBAIJAN SOCIETY
(şəhadətnamə nömrəsi 06635743, 2 iyul 2008-cj ildə ildə təsis edilib, fəaliyyətini dayandırmaq üçün müraciət edilib).

Qeydiyyat ünvanı: Griffins Tavistock House South, Tavistock.
QAYA REAL ESTATE04.29.2010-cu ildə Londonda 07239249 nömrəsi ilə təkrar qeydiyyata alınıb. Brook Street 67 ünvanında yerləşir. Şirkət Heydərov tərəfindən satın alınana qədər Source One Limited adı ilə fəaliyyət göstərib. 2015- ci ildə gəliri 2 080 104 funt-sterlinq (2.732.085,3375 dollar) olub. 2016-cl ildə dövriyyəsi 8 807 735 funt-sterlinq, yəni 11.563.190,8561 dollar təşkil edib.

Bunlar Heydərovların üzdə olan şirkətləridir. Maliyyə hesabatlarına görə onlardan yalnız UEI RESTAURANTS LIMITED şirkəti daha ciddi aktivlərə sahibdir. 2016-cı ilin maliyyə hesabatına görə bu şirkətin kapital və rezervləri 10 milyon 770 min funt sterlinq həcmindədir. Bu o deməkdir ki, əvvəlki illə müqayisədə 500 min funt sterlinq artıb. Bu şirkət Londonda Heydərovlara məxsusBAKU RESTAURANT-ı idarə edir. Bu restoran Londonda kifayət qədər bahalı məkanlardan sayıır. Burda14 funt sterlinqdən başlayan qiymətlərlə kabab, 35 funta nərə balığı kababı, hətta 100 funta qara kürüdən dadmaq olar.

Sloana Streetdəki Bakı kafesi də Heydərovlara aiddir. Bura daha çox bar-qəlyanxana kimi tanınır və CAFE BAKU LIMITED şirkti tərəfindən idarə olunur. Kapitalı 700 min dollara yaxındır.

AZERBAIJAN JUICES LIMITED şirkətinin aktivləri isə bundan bir qədər artıqdır. 2015-ci ilin tədiyyə balansına görə 800 min funt sterlinqdən bir qədər artıq. Sənədlərə görə Taleh və Nicat Heydərovların yaşadıqları ünvan 13 Albert Hall Mansions, Kensington Gore, London olaraq göstərilir. Bu ünvanda 4 otaqlı evlərin qiyməti 6,5-7 milyon funt sterlinqdən başlayır.

Kəmaləddin Heydərovun Londondakı mülklərinin siyahısı-