O, bu ölkənin 43 ildən sonra ilk prezidenti seçildi
    • 11-10-2019, 10:12
    • 813

O, bu ölkənin 43 ildən sonra ilk prezidenti seçildi

Kuba Xalq Gücü Milli Məclisində fövqəladə iclas keçirilib.

News24.az "İnterfax"-a istinadən xəbər verir ki, Migel Diaz-Kanel Bermudes ölkənin yeni prezidenti seçilib.

Kubadakı prezidentlik, fevralda keçirilən referendumdan sonra qəbul edilən yeni konstitusiyaya uyğun qurulub. İndiyə qədər Diaz-Kanel Dövlət Şurasının və Nazirlər Şurasının sədri vəzifəsini icra edib. Səsvermənin nəticələrinə görə, Kubanın vitse-prezidenti vəzifəsini Salvador Valdes Mesa tutub. O, əvvəllər Dövlət Şurasında Diaz-Kanelin birinci müavini olub.

Deputatlar Kubanın prezidentliyi və vitse-prezideni namizədlərilə yanaşı, bir çox digər əsas vəzifələrə də səs verib.

Səsvermənin nəticələrinə görə, Dövlət Şurasında Kuba inqilabının iştirakçısının qalmadığı qeyd olunub. İnqilabın son üzvləri Ramiro Valdez və Guillermo Garcia Frias, müvafiq olaraq 87 və 90 yaşlarında Kuba Dövlət Şurasını tərk etdiblər.

Yaxın üç ay ərzində Diaz-Kanelin hökumətə və Nazirlər Şurasına rəhbərlik edəcək baş nazir təyin etməsi gözlənilir.

Qeyd edək ki, Kubada prezidentlik 1976-cı ilə qədər mövcud olub. Daha sonra isə Dövlət Şurasının başçılığı ilə əvəzlənib. Bu vəzifədə 30 il ərzində  Kuba inqilabının lideri Fidel Kastro olub. 2006-cı ildə isə qardaşı Raul Kastroya həvalə olunub. 59 yaşlı Miguel Diaz-Kanel Bermudes 2018-ci ildə  Kuba tarixində bu vəzifəyə təyin olunan üçüncü şəxs olub.

2019-cu ildə Kubada prezidentliyi bərpa edən ölkənin yeni Konstitusiyasını qəbul edilib. Konstitusiyaya uyğun olaraq prezident səlahiyyəti müddəti dörd ildir.