Neft tankeri RAKETLƏ VURULUB - YENİLƏNİB
    • 11-10-2019, 11:54
    • 1 026

Neft tankeri RAKETLƏ VURULUB - YENİLƏNİB

Səhər saatlarında İrana məxsus olan "Sinopa" neft tankerində baş verən partlayışla bağlı yeni məlumat yayılıb.

News24.az "Press TV"-yə istinadən xəbər verir ki, tankerin məxsus olduğu "National İranian Oil Company" şirkətindən dən verilən açıqlamada tankerdə 20 dəqiqə ara ilə 2 partlayışın baş verdiyi bildirilib. Şirkət həmçinin tankerin raketlə vurulduğunu da vurğulayıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Partlayışı araşdıran mütəxəssislər terror aktını istisna etməyiblər. 

*** 10:27

İranın "Sinopa" neft tankerində Səudiyyə Ərəbistanının Ciddə limanı yaxınlığında partlayış baş verib.

News24.az "Reuters"ə istinadən xəbər verir ki, partlayış tankerdə yanğına səbəb olub. İlkin açıqlamada hadisənin araşdırıldığı və ekipajın vəziyyətinin yaxşı olduğu deyilib.

Yanğın bir müddət sonra nəzarət altına alınıb. İran tərəfindən edilən ikinci açıqlamada bir deyil, iki tankerin partladığı bildirilib.