Türkiyə səfirliyinin avtomobili PARTLADILDI
    • 11-10-2019, 14:30
    • 680

Türkiyə səfirliyinin avtomobili PARTLADILDI

Türkiyə səfirliyinə aid diplomatik avtomobil partladılıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Berlində yaşanıb. Məlumata görə, maşının tamamilə yanaraq yararsız hala düşdüyü bildirilib.

Səfirlik səlahiyyətliləri, təhlükəsizlik tədbirlərinin artırılmasını tələb edərək, günahkarların ən qısa müddətdə tapılmasını istəyiblər.

Alman polisi məsələ ilə əlaqədar geniş araşdırma başladıb.