-
- 11-10-2019, 14:58
- 692
“La Skala” solistləri Heydər Əliyev Mərkəzində çıxış edəcək
Noyabrın 23-də Heydər Əliyev Mərkəzində İtaliyanın məşhur “La Skala” teatrının ulduzları çıxış edəcək. Tanınmış ifaçılar Covanni Qualyardo, Massimiliano Pizapia və Marina Naçkebiyanı Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.
Heydər Əliyev Mərkəzindən News24.az-a verilən məlumata görə, dünya opera mədəniyyətinin mərkəzi olan “La Skala” teatrının solistləri bütün ölkələrdə çıxışları zamanı anşlaq toplayır.
Bakı konsertinin proqramında dünya klassikasının qızıl fondu sayılan əsərlər – C.Verdinin “Traviata”, “Riqoletto”, “Trubadur”, J.Bizenin “Karmen”, C.Puççininin “Toska”, “Bohema”, Q.Donisettinin “Sevgi şərbəti”, V.A.Motsartın “Don Juan”, P.Çaykovskinin “Yevgeni Onegin” operalarından solo partiya və duetlər, populyar italyan mahnıları və s. ifa olunacaq.
Heydər Əliyev Mərkəzindəki konsertə biletlərin qiyməti 40, 60, 80, 100, 120, 140, 180, 200 və 220 AZN-dir. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.
İtalyan bariton Covanni Qualyardo ifaçı kimi uzun illərdir publikanın sevgisini qazanıb. Milandakı “La Skala” teatrı, Roma Opera Teatrı, Palermodakı Massimo Teatrı, Genuyadakı Karlo Feliçe Teatrı, Kataniyadakı Massimo Bellini Teatrı, Verona Filarmoniya Teatrı, Pyaçentsa Bələdiyyə Teatrı, Torre del Laqo Puççini Festivalı, Pekindəki Milli İfaçılıq Sənəti Mərkəzinin solistidir. Bruno Kampanella, Daniel Hardinq, Daniel Oren, Yuber Sudan və Myon-Vun Çunq kimi nüfuzlu dirijorlarla qastrollarda olur.
Tenor Massimiliano Pizapia parlaq karyerasını Milandakı “La Skala” teatrı, Sürix Opera Teatrı, Münhendəki Bavariya Dövlət Operası, Hamburq Dövlət Operası, Vyana Dövlət Operası, Leypsiq Operası, Buenos-Ayresdəki “Kolon” teatrı, Santyaqo Bələdiyyə Teatrı (Çili), Valensiyadakı Kraliça Sofiya İncəsənət Mərkəzi, Turindəki Recio Teatrı, Arena di Verona, Parmadakı Recio Teatrı, Parisdəki Bastiliya Operasında qurub.
Soprano Marina Naçkebiya Moskva konservatoriyasında professor Zurab Sotkilavanın sinfində təhsil alıb və 2014-cü ildə orada aspiranturanı bitirib. Monserat Kabalye (2012), Luçano Pavarotti (2012), Fransisko Vinyas (2013), Rikkardo Dzandonai (2013), Renata Tabeldi (2013), Marçello Ciordani (2014) beynəlxalq müsabiqələrinin laureatı olub. Onun qeyri-adi səsini İtaliyanın ən yaxşı teatrlarında – Parmadakı Recio Teatrında, Pyaçentsa Bələdiyyə Teatrında, Kataniyadakı Massimo Bellini Teatrında və Milandakı “La Skala” teatrında eşitmək olar.