Bakıda  Vyana Ştraus Festival Orkestrinin KONSERTİ KEÇİRİLƏCƏK
    • 29-11-2019, 10:18
    • 1 225

Bakıda Vyana Ştraus Festival Orkestrinin KONSERTİ KEÇİRİLƏCƏK

Fevralın 8-də Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti keçiriləcək.

Heydər Əliyev MərkəzindənNews24.az-a verilən məlumata görə, dünya şöhrətli kollektiv bununla Heydər Əliyev Mərkəzində dördüncü dəfə çıxış edəcək.

Xatırladaq ki, 2014, 2016 və 2018-ci illərdə təşkil olunan konsertlərin hər biri anşlaqla keçib.

Konsert orkestrin yaradıcısı və bədii rəhbəri Peter Qutun rəhbərliyi ilə olacaq.  Proqramda dünya şöhrətli avstriyalı bəstəkar, “valsın kralı” İohann Ştrausun, həmçinin digər Vyana klassiklərinin əsərləri təqdim ediləcək. Tamaşaçıları maraqlı repertuar, peşəkar ifa ilə yanaşı, gözəl bir şou gözləyir.

Vyana Ştraus Festival Orkestri 1978-ci ildən fəaliyyət göstərir. Vyana musiqi ənənələrinin qoruyucusu olan kollektiv klassik əsərlərdən, o cümlədən Ştrauslar sülaləsinin bəstələrindən ibarət geniş repertuarı ilə bütün dünyada şöhrət qazanıb.

Heydər Əliyev Mərkəzində keçiriləcək konsertə biletlərin qiyməti 30 AZN-dən 220 AZN-dəkdir. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.