-
- 11-10-2019, 17:58
- 839
Dini rəhbərlər Gövhərağa məscidi ilə bağlı – BƏYANAT YAYDI
Azərbaycandakı dini konfessiya rəhbərləri Şuşada yerləşən Yuxarı Gövhərağa məscidi ilə bağlı birgə bəyanat yayıb.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bəyanatda deyilir:
“İşğalçı Ermənistan növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək, mənəvi müstəvidə, dini abidələrimizə qarşı beynəlxalq hüquq normaları – sivil dünyanın mənəvi irsin qorunması ilə bağlı qəbul etdiyi konvensiya və digər sənədlərinin tələblərini kobud surətdə pozur. Azərbaycanın işğal olunmuş Şuşa şəhərinin Cümə məscidinə -- 1883- cü ildə görkəmli Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabağı tərəfindən Qarabağ xanı İbrahim Xəlil xanın qızı Gövhərağanın şərəfinə ucaldılmış dini memarlıq abidəsinə qarşı məqsədyönlü terror həyata keçirilir.
İşğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus mədəni, tarixi və dini irsi məhv edən Ermənistan özlərinin dağıtdığı Şuşadakı Gövhərağa məscidinin “təmir-bərpa”sından sonra təxribat xarakterli “açılışına” hazırlaşır. Məscidin “təmir”dən sonra “açılış”ı ilə Ermənistan beynəlxalq ictimaiyyəti aldatmaq, özünü tarixi abidələrə “qayğı” ilə yanaşan bir ölkə imicində təqdim etməyə çalışır. Bu, işğalçı Ermənistanın və onun əlaltısı olan cinayətkar rejimin işğal olunmuş ərazilərimizdə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətinin daha bir bariz nümunəsidir. Təəsssüf doğuran və bizi narahat edən hal həm də ondan ibarətdir ki, yayılan məlumatlara görə, işgalçı rejim bu işləri qonşu, müsəlman ölkəsi olan İranın “Part Saman Jahan” şirkəti ilə birgə həyata keçirir.
Zəbt olunmuş Azərbaycan torpaqlarında məscid, qəbirstanlıqları, digər məbədləri davamlı şəkildə məhv edən erməni ekstremistləri indi saxta humanizm pərdəsi altında, bərpa adı ilə məscidin tarixi görkəmini dəyişdirərək, onun etnik mənsubiyyətini saxtalaşdırır, işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus mədəni irsin silinməsi ilə məşğul olurlar. Məscidin “təmir-bərpa” işlərindən sonra saxta dəyişikliklərə məruz qalacağı, qədim Alban kilsələrində və digər məbədlərdə olduğu kimi, tarixi təhrif edən düzəlişlərlə təqdim olunacağı şübhəsizdir.
Biz, Azərbaycanda yaşayan dini konfessiyaların rəhbərləri, Şuşadakı dini-mədəni abidəyə bu dırnaqarası qayğı kampaniyasını qətiyyətlə pisləyir, ermənilərin işğal altında saxladıqları ərazilərimizdə dini-mədəni abidələrimizə qarşı tarixin saxtalaşdırılması yolu ilə həyata keçirilən əməllərini beynəlxalq konvensiyalara meydan oxuyan yolverilməz qəsbkarlıq siyasəti kimi dəyərləndirir, buna heç bir bəraət olmadığını bəyan edirik. Bu təxribatı ilə erməni tərəfi, hər zamankı kimi, bu dəfə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesindən yayındığını və dini liderlər formatında imzaladığımız birgə bəyanatların ruhuna zidd riyakar əməllərindən əl çəkmədiyini nümayiş etdirir.
Biz beynəlxalq ictimaiyyəti əzəli Azərbaycan torpağında tarixi-dini abidə olan Gövhərağa məscidinə və işğal altında olan bütün ərazilərimizdəki tarixi-dini abidələrə qarşı vandalizm aktlarına qarşı öz qətiyyətli münasibətini bildirməyə, «Silahlı münaqişə hallarında mədəni irsin mühafizəsinə dair» Haaqa Konvensiyasının (1954), YUNESKO-nun Ümumdünya Mədəniyyət və Təbiət irsinin qorunmasına dair Konvensiyasının (1972), Arxeoloği İrsin qorunmasına dair Avropa konvensiyasının (1992) müddəalarına istinadən bu kimi halları kəskin qınamağa, bir daha təkrarlanmaması ilə bağlı ciddi addımlar atmağa çağırırıq".
Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Azərbaycandakı Alban-udin xristian icmasının sədri Robert Mobili imzalayıblar.
Afaq Mirayiq