İcma: İşğal olunmuş ərazilərdəki abidələr “bərpa” adı altında erməniləşdirilir - BƏYANAT
    • 25-01-2020, 11:27
    • 1 356

İcma: İşğal olunmuş ərazilərdəki abidələr “bərpa” adı altında erməniləşdirilir - BƏYANAT

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb.

İcmadan daxil olan bəyanatda bildirilib ki, son vaxtlar işğalçı Ermənistan və Dağlıq Qarabağdakı qeyri-qanuni rejim Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi və mədəniyyət abidələrini “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır.

“Bir müddət əvvəl Dağlıq Qarabağın memarlıq incisi sayılan Şuşadakı Yuxarı Gövhər Ağa məscidini “bərpa” edərək buranı “fars mədəniyyət mərkəzi” adlandıran rejim, indi də 18-ci əsrdə Qarabağ xanlığının qurucusu Pənahəli xan Cavanşir tərəfindən əsası qoyulan Şuşa Qalasını “bərpa” etməyi planlaşdırır. KİV-lərin yaydığı məlumatlara görə, gələcəkdə Ağdərə və Laçın rayonlarında yerləşən Azərbaycan xalqına məxsus tarixi abidələrə qarşı da bu cür vandallıq ediləcəyi istisna olunmur. Məlum olduğu kimi, Azərbaycanın işğal altındakı ərazilərində minlərlə mədəni, tarixi, dini abidəmiz erməni təcavüzünün qurbanı olub. Bu abidələrin bir qismi tamamilə yer üzündən silinib. Qalan abidələr isə yararsız vəziyyətə salınıb. /APA/