-
- 12-10-2019, 01:19
- 2 843
Firəngiz Mütəllimova Leyla Əliyeva ilə görüşdü "Mənim dünyalar gözəli balam"
Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Firəngiz Mütəllimova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşüb.
News24.az xəbər verir ki, bu barədə Firəngiz Mütəllimova sosial şəbəkə hesabından məlumat verib.
O, Leyla Əliyevanın ona olan sevgisinin övlad məhəbbəti olduğunu vurğulayıb.
"Sizin dediyiniz kimi "Təsadüfə bax, gör harada görüşdük". Mənim dünyalar gözəli balam. Balam yazıram, çünki mənə qarşı diqqətiniz, qayğıkeşliyiniz və sevginiz bir övlad məhəbbəti idi. Hər şeyə görə təşəkkürlər. Söz verdiyiniz kimi inşallah bizim teatrda görüşənədək. Allahdan arzum budur ki, o gözəl üzünüz həmişə gülsün".