Firəngiz Mütəllimova: “Niyə pul verib, filmə çəkilməliyəm”? - VİDEO
    • 21-02-2019, 16:55
    • 1 887

Firəngiz Mütəllimova: “Niyə pul verib, filmə çəkilməliyəm”? - VİDEO

Xalq artisti Firəngiz Mütəllimova maraqlı News24.Az-a açıqlama edib.

Aktrisa həmkarı Arif Quliyevin çəkildiyi filmdən 500 AZN qonorar almasına münasibət bildirib:

“Mən 500 manata filmə çəkilməzdim. Əgər yaxın dostdursa, ekran işində pulsuz çəkilərdim, ya da qonorarımı alardım.

Film çəkən sektor ağlayır ki, pul yoxdur. Bəs onda niyə çəkirlər? Çəkməsinlər də... Mən niyə pul verib çəkilməliyəm? 18 yaşımdan indiyə qədər yalnız qonorar qarşılığında kinolara çəkilmişəm”.

Teymur MƏMMƏDOV